“Rusiya daimi dost dediklərini lazımi anda yarı yolda qoyub” Siyasət

“Rusiya daimi dost dediklərini lazımi anda yarı yolda qoyub”

Məhəmməd Əsədullazadə: "Suriya problemində Putin sonda ABŞ-la anlaşacaq"

"Türkiyənin hakim partiyasının Rusiya ilə strateji yaxınlaşması, Qərblə konflikti dərinləşdirməsi, çox ciddi problemlərə yol aça bilər. Putin çalışır ki, Türkiyəni mümkün qədər Qərbdən uzaqlaşdırsın. Buna da nail olur". Bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Rusiya daimi dost dediklərini lazımi anda yarı yolda qoyub: "Suriya problemində Putin sonda ABŞ-la anlaşacaq. Çünki, ABŞ-sız Suriya münaqişəsinin həlli mümkün deyil. Türkiyə rəhbərliyi NATO və ABŞ-la siyasi əlaqələri inkişaf etdirməli, dövlətlər arası münasibətlərə zərbə vuran bəyanatlara son verməsi mütləqdi". Məhəmməd Əsədullazadə deyib ki, Türkiyə siyasətində korektlər etsə, ABŞ kürd terrorçularından dəstəyi kəsə bilər: "Düzdür, ABŞ-ın Suriyada terrorçu YPG kürdlərini silahlandırması, Türkiyənin əleyhinədir. ABŞ Türkiyənin milli təhlükəsizlik maraqlarını Yaxın Şərqdə heçə sayır".