11:54
609
Milli Məclisin bu gün keçirilən iclasında “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyı çıxarılıb.
APA xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, Azərbaycan “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”na xüsusi bəyanatla qoşulur. Bu, Ermənistanla münasibətlərin normallaşana qədər Konvensiyanın müddəalarının Ermənistanla münasibətdə tətbiq olunmaması ilə əlaqədardır.
12:48
392
12:17
553
11:41
637