10:32
616
Türkiyə futbolunda mərc oyunları və danışılmış oyunlarla bağlı aparılan araşdırmalar çərçivəsində 33 ünvanda əməliyyat keçirilib.
APA NTV-yə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində yeni əməliyyatlar zamanı 32 şübhəli saxlanılıb, bir nəfərin axtarışı isə davam etdirilir.
Bildirilib ki, peşəkar futbol liqalarında çıxış edən futbol klublarının idarəçiləri ilə bağlı aparılan araşdırma zamanı mərc hesablarına malik olduğu və xüsusilə idarə etdikləri komanda ilə başqa komanda arasında keçirilən futbol matçları zamanı rəqib komandaya mərc edən 33 şübhəli müəyyən edilib.