Hörmüz boğazında gərginlik: İki konteyner gəmisi saxlanılıb
26 Aprel 16:25
26 Aprel 16:25
26 Aprel 16:19
26 Aprel 16:08
20 Fevral 12:14
2 079
"Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirakı böyük bir hadisədir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü söyləyib.
Siyasi şərhçi qeyd edib ki, əvvəllər Azərbaycan ABŞ ilə münasibətlərdə ancaq təzyiq, hədə-qorxu, şantaj, problemli məsələləri müşahidə edirdik: “Tramp prezident olduqdan sonra isə iki dövlət arasında görüşlər, müzakirələr baş tutdu. Azərbaycan Prezidenti son altı ayda iki dəfə Trampla görüşüb. Tramp dünyanın bir nömrəli dövlətinin rəhbəridir. Müzakirələr faydalıdır, regionda, dünyada sülhə töhfə vermək üçün olan bir prosesdir. Bizim də Ermənistanla münasibətlərimizdə proses sülhə, anlaşmaya doğru gedir. Bütün bunlar hamısı ABŞ-Azərbaycan münasibətlərindən, ABŞ-Azərbaycan liderlərinin görüşlərindən, bu cür toplantılarda fəal iştirakdan və aparılan çalışmalardan qaynaqlanır”.
Röya İsrafilova
26 Aprel 16:25
1 253
26 Aprel 16:19
1 120
26 Aprel 16:08
1 085