13:52
1 092
İran ABŞ ilə Oman vasitəçiliyi ilə aparılan danışıqlarda yalnız nüvə proqramı ətrafındakı böhranın həllini deyil, həm də ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutan təşəbbüslər irəli sürüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İran ABŞ istehsalı təyyarələrin alınmasını müzakirə etməyə hazır olduğunu bildirib, həmçinin öz neft-qaz yataqlarına çıxış imkanı və birgə investisiya layihələrinin həyata keçirilməsini nəzərdən keçirir. Bu təkliflər Tehranın Vaşinqtondan sanksiyaların ləğvini əldə etmək istəyi fonunda irəli sürülüb.
Telekanalın həmsöhbətlərinin sözlərinə görə, ərəb ölkələrindən olan vasitəçilər ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa nüvə məsələsini digər mübahisəli mövzulardan – o cümlədən Yaxın Şərqdəki proiran qüvvələrinə dəstək və İranın raket proqramından – ayırmağı tövsiyə ediblər. Bildirilir ki, Uitkoff bu ideyanı müsbət qarşılayıb və bu, həmin problemlər üzrə ayrıca danışıqlar prosesinə imkan yarada bilər.
Məryəm Quliyeva