Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Yolçu Məmmədovun qalıqları Şəmkirdə dəfn olunub
SOCAR-ın Türkiyədəki NEZ-i Rusiya neftinin alışını azaltmağa başlayıb
Səməd Vəkilov Qərbi Azərbaycan İcması tərəfindən təltif olunub
İsrail Hərbi Hava Qüvvələri Qəza sektorunun cənubunda silahlı radikalı məhv edib
13:28
644
Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimə müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.