Oman XİN rəhbəri İranın nüvə məsələsi ilə bağlı təkliflərini ABŞ-a təqdim edəcək Siyasət

Oman XİN rəhbəri İranın nüvə məsələsi ilə bağlı təkliflərini ABŞ-a təqdim edəcək

Omanın xarici işlər naziri Bədr əl-Busaidi bu gün Cenevrədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşərək, ona İranın nüvə məsələsi ilə bağlı təkliflərini təqdim edəcək.

Bu barədə Oman XİN-dən bildirilib.

Məlumata görə, bununla yanaşı, omanlı nazir ABŞ tərəfinin irəli sürdüyü fikirləri və təklifləri dinləyəcək.

Qeyd edək ki, Oman XİN rəhbəri Cenevrədə İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb. Tərəflər danışıqlar prosesinin gedişatını müzakirə edərək, Tehranın nüvə məsələsi ilə bağlı əldə ediləcək razılaşmaya dair təkliflərini nəzərdən keçiriblər.