25 Fevral 23:45
25 Fevral 23:25
09:05
672
Kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə artım müşahidə olunub.
“APA-Economics”in CoinMarketCap-a istinadən verdiyi məlumata görə, qlobal kriptovalyuta bazarının kapitallaşması 4,58% artaraq 2,36 trilyon dollara çatıb. CMC20 indeksi isə 5,51% yüksələrək 142,56 bənd təşkil edib.
Son 24 saatda ilk 10-luqda yer alan aktivlərdən Bitcoin (BTC) 4,88% artaraq 68 752,97 dollara yüksəlib. Ethereum (ETH) 8,62% artımla 2 076,44 dollara çatıb.
BNB 5,88%, Monero (XMR) 5,37%, Zcash (ZEC) 6,60%, Bittensor (TAO) 5,99% artım göstərib.
PAX Gold (PAXG) 0,06%, Tether Gold (XAUt) 0,05% yüksəlib. Bitcoin Cash (BCH) isə 0,28% azalıb.
Analitiklər bazardakı müsbət dinamikanı əsasən ETF-lərə kapital axınının artması və qlobal maliyyə bazarlarında risk iştahının yüksəlməsi ilə izah edirlər.
09:58
504
09:11
616
09:06
602