
Cenevrədə İranla ABŞ arasında danışıqlar başlayıb.
Bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la danışıqların üçüncü raundunda iştirak etmək üçün Omanın Cenevrədəki səfirliyinə gedib.
Görüş İranın nüvə sənədinə həsr olunub.