25 Fevral 23:45
25 Fevral 23:25
Almaniya səfirliyi: Xocalıda həyatlarını itirənlərin xatirəsini ehtiramla yad edirik
Səfərbərlik Xidmətinin rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib
"Azərbaycan xalqı ilə birlikdə Xocalı faciəsinin qurbanlarını yad edirik"
Fransa səfirliyi Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib
10:31
588
Omanın xarici işlər naziri Bədr əl-Busaidi fevralın 26-da səhər Cenevrədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüş keçirəcək və İran tərəfinin nüvə sazişi ilə bağlı mövqeyini ona çatdıracaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə sultanlığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Gözlənilir ki, bu gün səhər onun zati-aliləri İranın mövqeyini çatdırmaq üçün Amerika danışıqlar nümayəndə heyəti ilə görüşəcək və öz növbəsində ABŞ tərəfinin irəli sürdüyü ideya və təklifləri dinləyəcək”, – deyə X platformasında yayımlanan bəyanatda bildirilir.
Dünən axşam Omanın xarici işlər naziri Cenevrədə İranın xarici işlər naziri Abbas Araqçi ilə görüş keçirib. Tərəflər danışıqlar prosesinin gedişini müzakirə edib və Tehranın nüvə dosyesi üzrə razılığa nail olmaq üçün irəli sürməyi planlaşdırdığı təklifləri nəzərdən keçiriblər.
Məryəm Quliyeva