11:59
637
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və Xidmətin rəhbər heyəti Bakının Xətai rayonunda ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət edib.
Bu barədə APA-ya Dövlət Xidmətindən məlumat verilib. Xəbərə görə, Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə güllər düzülüb və faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.
12:41
392
10:43
602
25 Fevral 16:52
1 470



