25 Fevral 23:45
25 Fevral 23:25
09:29
637
ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff İsveçrəyə səfər edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TASS" agentliyinə Cenevrə beynəlxalq hava limanındakı mənbə məlumat verib.
Agentliyin mənbəyi bildirib ki, "ABŞ prezidentinin xüsusi nümayəndəsinin təyyarəsi Vaşinqtondan gəlib".
İran və ABŞ arasında nüvə məsələsi üzrə danışıqların üçüncü raundu Cenevrədə planlaşdırılır. Xarici İşlər naziri Abbas Əraqçinin İran nümayəndə heyətinə, Uitkoffun isə ABŞ nümayəndə heyətinə rəhbərlik edəcəyi gözlənilir. Ötən həftə ABŞ prezidentinin xüsusi nümayəndəsi də Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda iştirak etmək üçün Cenevrəyə uçub. Eyni zamanda, İran və ABŞ nümayəndələri arasında dolayı danışıqların ikinci mərhələsi baş tutdu.
Məryəm Quliyeva