12:12
525
“Rusiyanın Ukraynaya raketlərlə hücumu təəccübləndirmir. Belə ki, Rusiya quru əməliyyatlarında ciddi uğur əldə edə bilmədiyindən əsas diqqəti Ukraynanın kritik infrastrukturuna yönəltməklə onun yaşayış məntəqələrini və enerji sektorunu hədəfə alıb. Bununla da Ukraynanın soyuq qışa və sərt hava şəraitinə təslim olmasını istəyir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Politoloq bildirib ki, amma bu, savaşın gedişində hansısa ciddi dəyişikliklərə gətirəcəkmi, çox çətin məsələdir: “Belə ki, üç-dörd günə Kiyevi ələ keçirməyi planlayan Rusiya artıq savaşın beşinci ilinə qədəm qoyub və Ukrayna üzərində də böyük üstünlüyü təmin edə bilməyib, savaş sürülən bir mərhələyə daxil olub. O baxımdan biz qarşılıqlı şəkildə tərəflər arasında ölkənin kritik infrastrukturuna məhz bu cür zərbələrin şahidi olacağıq”.
O.Qasımovun sözlərinə görə, nəzərə alsaq ki, Ukraynanın endirdiyi zərbələr daha effektiv, daha dəqiq, daha strateji obyektləri əhatə edir, o zaman Rusiyanın bu hücumları xüsusi olaraq strateji hədəflərin deyil, bütün sektoru, yəni enerji sektorunu və yaşayış mülki obyektləri əhatə edir: “Yəni bu, savaşın hansısa bir mərhələsi deyil. Sadəcə olaraq beşinci ilində artıq üç ildən bəri davam edən taktika üzrə savaşın davam etməsi anlamına gəlir”.
Röya İsrafilova
12:43
427
09:15
735
25 Fevral 23:45
924