25 Fevral 23:45
25 Fevral 23:25
09:15
581
“İranda ali dini lider Əli Xameneinin ölümü ilə bağlı yayılan xəbərlər hələ təsdiqlənməsə də, informasiyanın zamanlaması diqqətəlayiqdir. Hakimiyyətin mümkün tranziti barədə müzakirələrin artdığı, xüsusilə Əli Laricaninin keçid mərhələsində ön plana çıxarıla biləcəyi iddialarının dövriyyəyə buraxıldığı bir mərhələdə belə şayiələrin yayılması təsadüfi görünmür”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov söyləyib.
A.Nəsirov qeyd edib ki, İran modeli formal olaraq lider mərkəzli olsa da, əslində, institutlararası balans üzərində qurulub və bu balansın qorunması istənilən şəxsi dəyişiklikdən daha vacibdir: “Laricaninin adı “varis” kimi deyil, daha çox sistemin sabitliyini təmin edə biləcək texnokrat-siyasi fiqur kimi çəkilir ki, bu da prosesin emosional deyil, idarə olunan keçid ssenarisi çərçivəsində düşünülə biləcəyini göstərir”.
Siyasi şərhçinin sözlərinə görə, digər tərəfdən, 26 fevralda Cenevrədə planlaşdırılan görüş fonunda yayılan ölüm xəbərləri danışıqlar kontekstində əlavə təzyiq alətinə də çevrilə bilər: “Əgər Tehran daxilində real hakimiyyət hazırlığı gedirsə, bu, beynəlxalq masada mövqelərin yenidən kalibrasiyası deməkdir. Əgər informasiya manipulyativ xarakter daşıyırsa, məqsəd İranın danışıqlar gücünü zəiflətmək və daxili sabitlik təsəvvürünü sarsıtmaq ola bilər. Hər iki halda məsələ təkcə bir liderin səhhəti ilə bağlı deyil; söhbət regionun təhlükəsizlik arxitekturasını dəyişə biləcək mümkün post-Xamenei mərhələsinin necə və hansı şərtlərlə formalaşacağından gedir”.
Röya İsrafilova
25 Fevral 23:45
875
25 Fevral 23:38
931
25 Fevral 23:25
1 022