Kallas: NATO-da heç kim ABŞ-ı əvəz edə bilməyəcək Gündəm

Kallas: NATO-da heç kim ABŞ-ı əvəz edə bilməyəcək

NATO-da heç bir ölkə ABŞ-ı əvəz etmək iqtidarında deyil.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, ABŞ Prezidenti Donald Trampın ölkəsinin alyansda iştirakını dayandıracağı ilə bağlı hədələrini şərh edərkən bildirib.

"Əlbəttə ki, amerikalıları heç kim əvəz etməyəcək, çünki NATO müttəfiqlik münasibətləri üzərində qurulub. Lakin biz bu münasibətlərin işləməsi üçün əlimizdən gələni etməliyik, təəssüf ki, onlar həmişə ikitərəflidir. Problem də elə bundadır", — deyə Avropa diplomatiyasının rəhbəri ERR milli dövlət teleradio şirkətinə müsahibəsində deyib.

Kallas həmçinin vurğulayıb ki, Avropa ölkələri öz müdafiə qabiliyyətlərinin gücləndirilməsi ilə məşğul olmalıdırlar.

Məryəm Quliyeva