14:16
560
“Rusiyanın NATO-ya qarşı birbaşa hücuma keçəcəyini real hesab etmir”.
Bunu politoloq Əli Oruclu “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Moskva ilə Alyans arasında ciddi gərginliklər və fikir ayrılıqları mövcuddur: “Rusiya NATO-nun şərqə doğru genişlənməsinin qəti əleyhinədir və xüsusilə Baltikyanı dövlətlərdə təhlükəsizlik narahatlıqları artmaqdadır.Bu vəziyyəti nəzərə alaraq NATO ötən il özünün şimal cinahını daha da möhkəmləndirib və əlavə hərbi qüvvələr yerləşdirib. Ümumilikdə isə Rusiya ilə sərhədi olan Alyans üzvləri zaman-zaman “Rusiya təhlükəsi” faktorunu qabardıblar”.
Əli Oruclunun fikrincə, Polşa və Rumıniyanın hava məkanlarının Rusiya pilotsuz uçuş aparatları ilə pozulması da təsadüfi deyil:
“Bunlar müəyyən mənada təxribat xarakteri daşıyırdı, bəlkə də Şimali Atlantika İttifaqının reaksiyasını yoxlamaq üçün bir test idi. Amma Rusiyanın indiki durumunda NATO ilə açıq qarşıdurmaya getməsi faktiki olaraq intihar deməkdir. Ona görə də belə bir toqquşmanın baş verəcəyini gözləmirəm”.
Günel Elxan