BƏƏ 1 maydan etibarən OAPEC-dən çıxıb Dünya

BƏƏ 1 maydan etibarən OAPEC-dən çıxıb

Ərəb Neft İxrac Edən Ölkələr Təşkilatı (OAPEC) BƏƏ-nin bu ilin 1 may tarixindən etibarən təşkilatdan çıxdığını elan edib.

Bu barədə OAPEC-in bəyanatında bildirilib.

Bəyanata görə, Baş Katiblik BƏƏ-yə təşkilatdakı üzvlüyü boyunca oynadığı rola və neft, qaz və enerji sektorlarında birgə ərəb fəaliyyətinin dəstəklənməsindəki fəal töhfəsinə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, BƏƏ-nin OPEC və OPEC+-dan çıxmaq qərarı 1 may 2026-cı il tarixində qüvvəyə minib.