Naməlum qüvvələr Hörmüz boğazında tankerə zərbə endirib Dünya

Naməlum qüvvələr Hörmüz boğazında tankerə zərbə endirib

Tankerlərdən birinin heyəti Hörmüz boğazında naməlum qüvvələr tərəfindən atəşə tutulduğu barədə məlumat verib.

Xalqcebhesi.az xəbər verir ki, hadisə barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) xəbər yayıb.

Atəşə tutulan zaman tanker Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Füceyrə şəhərindən 78 dəniz mili şimalda olub. Qurumdan bildirilib ki, heyət üzvlərinin hamısı təhlükəsiz şəraitdədir. Hazırda araşdırma aparılır.

"Ətraf mühitə hər hansı təsir barədə məlumat daxil olmayıb... Gəmilərə marşrut üzrə ehtiyatla hərəkət etmək və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur", — deyə məlumatda qeyd edilib.

Məryəm Quliyeva