ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında konvoylar təşkil etməyəcək Dünya

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında konvoylar təşkil etməyəcək

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) ticarət gəmilərini Hörmüz boğazından keçirmək üçün nəzərdə tutulan yeni "Azadlıq Layihəsi" əməliyyatı dəniz konvoylarının təşkilini və müşayiətini deyil, təhlükəsiz və minalardan təmizlənmiş farvaterlər barədə məlumatların təqdim edilməsini nəzərdə tutur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən Amerikanın Axios portalının müxbiri Barak Ravid məlumat verib.

"İki amerikalı rəsminin sözlərinə görə, Hörmüz boğazı ilə bağlı yeni təşəbbüs ticarət gəmilərinin mütləq şəkildə ABŞ HDQ gəmiləri tərəfindən müşayiət olunmasını nəzərdə tutmur", — deyə o, "X" sosial şəbəkəsində yazıb.

"Rəsmilərdən biri bildirib ki, ABŞ HDQ gəmiləri, İran silahlı qüvvələrinin boğazdan keçən ticarət gəmilərinə hücumunun qarşısını almaq lazım gələrsə, 'yaxınlıqda' olacaqlar. Rəsmi şəxslərin sözlərinə görə, ABŞ HDQ ticarət gəmilərinə boğazdakı ən təhlükəsiz dəniz dəhlizləri, xüsusən də İran hərbçiləri tərəfindən minalanmamış marşrutlar haqqında məlumat verəcək", — deyə müxbir əlavə edib.

Məryəm Quliyeva