ABŞ "Azadlıq Layihəsi" əməliyyatına 15000 hərbçi göndərəcək Dünya

ABŞ "Azadlıq Layihəsi" əməliyyatına 15000 hərbçi göndərəcək

Hörmüz boğazında ilişib qalan gəmiləri müşayiət etmək üçün "Azadlıq Layihəsi" əməliyyatına təxminən 15 min ABŞ hərbçisi, idarə olunan raket esminesi və 100-dən çox təyyarə göndəriləcək.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.

"ABŞ-ın "Azadlıq Layihəsi"nə hərbi dəstəyi idarə olunan raket esminesi, 100-dən çox quru və dəniz təyyarəsi, müxtəlif pilotsuz platformalar və 15000 əsgəri əhatə edəcək", - məlumatda deyilir.