“Ermənistan yükə çevrilməmək üçün öz siyasətini kökündən dəyişməlidir” Siyasət

“Ermənistan yükə çevrilməmək üçün öz siyasətini kökündən dəyişməlidir”

"Ermənistanı inkişaf etməyə qoymayan, onu müəyyən çərçivədə saxlayan da Rusiyadır". Bunu politoloq İlqar Vəlizadə bildirb: "Ermənistan özündə güc tapıb müstəqil siyasət yürüdə bilsəydi, Rusiya üçün də yük olmazdı. Ermənistan özünü elə bir tələyə salıb ki, müstəqil siyasət yürüdə bilmir. Ermənistan yükə çevrilməmək üçün öz siyasətini kökündən dəyişməlidir. Bunun üçün isə Azərbaycan və Türkiyəyə tərəf üç çevirməli, münasibətləri normallaşdırmlıdır. Ermənistan öz siyasətini dəyişməsə, Rusiya üçün yük olaraq qalacaq".