“Növbəti gərginlik dalğası...” Siyasət

“Növbəti gərginlik dalğası...”

Tofiq Abbasov: "Ermənistanın Azərbaycan-Rusiya arasında formalaşan yeni münasibət formatına özünəməxsus reaksiyasıdır"
Üzeyir Cəfərov: "Hə qədər ki, bu münaqişə həllini tapmayıb belə vəziyyət hələ uzun müddət davam edəcək"

Cəbhə xəttində gərginlik davam edir. Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 64 dəfə pozulub. Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələrinin əkin sahələrini atəşə tutması nəticəsində isə bir nəfər dinc sakin yaralanıb.
Ağdamın işğal olunmuş Şotlanlı və Tərtərin Seyid Sulan kəndindən Tərtər rayonun Qapanlı kəndini atəşə tutması nəticəsində əkin sahəsində traktorla çalışan 1987-ci il təvəllüdlü Əliyev Namiq Nofəl oğlu yaralanıb.
Yaralı Tərtər MRX-ya çatıdırılıb. Həkimlər yaralını əməliyyat ediblər. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Ermənistan silahlı qüvvələri Tərtərin cəbhə xəttində yerləşən Qapanlı kəndinin dinc sakinlərini atəşə tutub. Bu dəfə əkin sahəsində taxıl biçən fermerlər qarşı tərəfin gülləboranına tuş gəlib. Atılan güllələrdən biri traktorla sahədə işləyən Namiq Əliyevə dəyib. Yonca sahəsini sulayan fermerlər isə zorla canlarını qurtardıqlarını deyir.
Fermer Ənvər Abdullayev bildirib ki, güllə atanda oturdum aşağı, sonra yumalandım yerimi dəyişdim ki, həmin yeri vurmasınlar: "1 saat oturdum sonra arxın içiylə oradan çıxdım".
Ayağından güllə yarası alan Namiq Əliyev deyir ki, əkin sahəsindən sürünərək çıxmaq məcburiyyətində qalıb. Yaxınları onu Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Yaralıya dərhal tibbi yardım göstərilib. Qanaxmanın qarşısı alınıb. Hazırda xəstənin vəziyyəti normal qiymətləndirilir.
Namiq Əliyev özü hadisəni belə xatırlayır. Atışma düşdü mən tullandım yerə məni yerdə vurdular. Sahədə kombayn da var idi, başqa adamlar da: "Bizə güllə atanda onlar gizləndilər".
Qapanlıda gərgin vəziyyət gecəboyu da davam edib. Kənd sakinləri mal-qaranı yalnız hava qaralandan sonra otlaq sahələrindən çıxara bilib.
Ermənilər Tovuz rayonunun Əlibəyli kəndini də yenə atəşə tutublar. Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin verdiyi məlumata görə, ötən gecə erməni silahlı qüvvələri kəndi yenidən atəşə tutublar.
Məlumata görə, düşmən postlarına yaxın ərazidə traktorlarla ot biçən Gədəbəy rayon sakinləri Rahim Həsənov və Xəqani Cəfərovun düşmən gülləsinə tuş gəlib. Onlara heç bir xəsarət almasa da texnika zədələnib. Təxminən 2 saat davam edən atışma zamanı biçilən otun yığılmasında çətinliklər yaranıb.
Cəbhə bölgəsində gərginliyin artmasının səbəbi nədir, Ermənistanın, yoxsa Rusiyanın güc nümayişi?
Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, cəbhə bölgəsində gərginlik hər zaman olub və nə qədər ki, bu münaqişə həllini tapmayıb belə vəziyyət hələ uzun müddət davam edəcək: "Şəxsən mən, ciddi narahatçılıq üçün heç bir əsas görmürəm. Sadəcə, cəbhənin ayrı-ayrı yerlərində bəzən əvvəlki vaxtlarda olduğu kimi, bəzən də bir qədər intensivlik baxımından çoxlu sayda atışmalar baş verir. Ona görə də, yerlərdəki komandirlər, o cümlədən cəbhə bölgəsinə yazın ərazilərdə yaşayan sakinlərmiz bir qədər diqqətli olmalıdırlar. Biz düşməndən mərhəmət gözləməməliyik. Onlar çalışrlar ki bizə maksimum zərbə vursunlar. Sözsüz ki, burda Rusiaynın da təsirinin olmasını istisna etmirəm. amma, bütövlükdə, belə gərginlik hər zaman olub və davam edəcək".
Politoloq Tofiq Abbasov isə diqqətə çatdırdı ki, növbəti gərginlik dalğası Ermənistanın Azərbaycan-Rusiya arasında formalaşan yeni münasibət formatına özünəməxsus reaksiyasıdır: "Hazırda İrəvan rəsmiləri özlərinin yerinin daralmasını ağrılı şəkildə yaşayıb təmas xəttində təxribatları aramsız reallaşdırırlar. Yəni, işğaıçı ölkə özünün qatı düşməni ilə ən vacib müttəfiqi arasında məhsuldar əlaqələrin qurulmasını özü üçün təhdid sayır. Məhz buna görə də Rusiya tərəfinə ən uğursuz metodla təsir göstərmək istəyir. Lakin Ermənistan rəhbərləri anlamaq isyəmirlər ki, fəal diplomatiya qarşısına qoyduğu problemləri uğurla həll etdikdə top-tügəngdən bu tərzdə istifadə etmək heç bir müsbət nəticə verməyəcək. Bir də ki, İrəvanda anlayırlar ki, Rusiya Azərbaycanla məhsuldar əlaqələr qurmağa çox meyillidir və bu münasibətlərin potensialı reallaşdıqca, Ermənistan daha da oyundan kənar vəziyyətə düşür.
Odur ki, bölgədə xaos yaratmaq yalnız Ermənistanın diplomatik qabiliyyətsizliyindən irəli gələn amildir.
Bir də ki, Rusiya hazırda Qarabağ bölgəsində vəziyyətin gərginləşməsində maraqlı ola bilməz. Çünki bu ölkə Azərbaycanla əlaqələrinin zənginləşməsini özünün prioriteti kimi müəyyən edib...".

Əli