Bakıdan dünyaya qardaşlıq mesajı Siyasət
Prezident İlham Əliyev: "Türkiyə və Azərbaycanın birgə səyi ilə bölgədə sülh yaranacaq"
Rəcəb Tayyib Ərdoğan: "TANAP qardaşlığımıza qoyulan strateji sərmayədir"
"Türkiyə Dağlıq Qarabağ məsələsində daim Azərbaycana dəstək verir".
Bunu dünən Azərbaycan prezidenti İlham Əliyev Bakıda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Dövlət başçısı deyib ki, Ermənistan BMT qətnamələrinə əməl etməlidir, Azərbaycan əraziləri işğaldan azad edilməlidir: "Türkiyənin mövqeyi beynəlxalq hüquqa tam uyğundur. Azərbaycan da daim Türkiyəni dəstəkləyir".
Prezident İlham Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğunu bildirib: "Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmaz və əbədidir. Bu səfər bir daha bizim birliyimizi göstərir".
Azərbaycan dövlət başçısı qeyd edib ki, son seçkilərdə Türkiyə xalqı yenidən Rəcəb Tayyib Ərdoğana etimad göstərib: "Sizin liderliyinizlə Türkiyə şərəfli yol keçib, dünyada gücə çevrilib, beynəlxalq aləmdə nüfuz sahibidir. Türkiyə iqtisadi inkişafa görə dünyada ən qabaqcıl yerlərdədir. Sizin rəhbərliyinizlə Türkiyədə sabitlik bərqərar olub. Türkiyənin uğurları Azərbaycan xalqını sevindirir. Bizim şəxsi dostluq əlaqələrimiz ölkələrimizi bir-birinə sıx bağlayır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Biz beynəlxalq aləmdə daim bir-birimizi dəstəkləyirik".
Prezident Türkiyə şirkətlərinin Azərbaycana 12 milyard dollardan çox vəsait qoyduqlarını söyləyib: "Keçən ay Əskişəhərdə TANAP-ın açılışında bir yerdə olmuşuq. TANAP layihəsinin təməlini 2012-ci ildə İstanbulda saziş imzalamaqla qoymuşuq. Cənub Qaz Dəhlizi layihəsinin uğurla icrası başa çatır. TANAP-ın başa çatması bu istiqamətdə atılan böyük addımdır. Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib edir. Bizim birgə layihələrimiz nəinki region, Avrasiya üçün də böyük əhəmiyyət daşıyır, regional sabitliyə böyük töhfə verir. Əminəm ki, Türkiyə və Azərbaycanın birgə səyi ilə bölgədə sülh yaranacaq".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Azərbaycanla həm enerji, həm də müdafiə sənayesi sahəsində atdığımız addımlar böyük əhəmiyyət kəsb edir.
Türkiyə prezidenti deyib ki, TANAP Azərbaycan üçün həyati əhəmiyyətli layihədir : "Bu layihə tək Azərbaycan və Türkiyə deyil, Azərbaycanla Avropa arasında əlaqə yaradır. Bu, həm də qardaşlığımıza qoyulan strateji sərmayədir. Azərbaycanın Türkiyədəki Əliağa layihəsinə qoyduğu sərmayə çox önəmlidir. Payızda yeni sərmayə qoyuluşu ilə bağlı layihələr həyata keçirəcəyik".
Prezident İlham Əliyev iki ölkə arasındakı əməkdaşlığın hərbi sahədə də uğurla davam etdirilidiyini bildirib: "Türkiyənin ordusu çox güclüdür. Dünya çapında ən güclü ordu sırasındadır. Hərbi sahədə bizim əməkdaşlığımız çox uğurla davam edir".
Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan və Türkiyə hərbçiləri arasında bu il 7 hərbi təlim keçiriləcək.
Dövlətimizin başçısı qeyd edib ki, artıq hərbi təlimlərin 3-ü keçirilib. Prezident, həmçinin bildirib ki, Azərbaycan Türkiyədən çoxlu sayda hərbi texnika alır: "Keçən ay Azərbaycanda keçirilən hərbi paradda alınan hərbi texnikanın bir hissəsi nümayiş etdirilib".
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir: "Hazırda iki ölkə arasında ticarət əlaqələri artır, münasibətlər inkişaf edir. Bu, qardaşlıq münasibətlərimizin necə inkişaf etdiyini göstərir. Türkiyə müdafiə sənayesində 15 il əvvəl kimlərəsə möhtac idisə, indiki müdafiə məhsullarına ehtiyacının 65 faizini özü təmin edir. Biz bu imkanlarımızı qardaş ölkələrlə də paylaşırıq".
Qardaş ölkənin dövlət başçısı Azərbaycan prezidentinə FETÖ-yə qarşı mübarizə ilə bağlı təşəkkürünü bildirib.
Rəcəb Tayyib Ərdoğan deyib ki, iki ölkənin təhsil nazirlikləri bu sahədə problemləri həll etmək üçün birgə çalışacaq. O qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ və Naxçıvan məsələlərində üzərinə düşəni edib və etməyə davam edəcək: "Naxçıvanla Türkiyə arasında quru yolları ilə bağlı çətinliklər aradan qalxıb. Biz indi bir dəmir yolu çəkməklə nəqliyyat əlaqələrini inkişaf etdirərək bu sahədə daha bir önəmli addım olacaq".
Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Naxçıvan sakinləri sərhəddəki Türkiyə xəstəxanalarının imkanlarından istifadə edə bilər: "Bu məsələdə dəstək verəcəyimizi bildirdim".
Türkiyə prezidenti nəzərə çatdırıb ki, NATO sammitində iki ölkənin müştərək problemlərini gündəmə gətirəcək: "Qardaşım İlham Əliyevin şəxsində Azərbaycan xalqına hörmətimi, ehtiramımı çatdırıram".