Bakı bütün ərazilərin qeyri-şərtsiz qaytarılmasını tələb edir Siyasət

Bakı bütün ərazilərin qeyri-şərtsiz qaytarılmasını tələb edir

"2019-cu ildə keçiriləcək KTMT-nin sammitinə Azərbaycan prezidenti İlham Əliyev də dəvət edilə bilər".
Bu barədə rusiyalı siyasi şərhçi Denis Korkodinov deyib.
Ekspertin fikrincə, ATƏT-in Minsk qrupu tərəfindən görüşün keçirilməsinə xüsusi səylər göstərilsə də, tərəflər münaqişənin həllində güzəştlərə nail ola bilməyəcəklər.
"İstənilən halda Ermənistan daxili siyasi proseslərin nizamlanması ilə məşğuldur. Erməni tərəfi onsuz da uzanan münaqişənin həllini dondurmağa və cəbhədə sakitliyi qorumağa dair çağırış edəcək. Ancaq bu cür təşəbbüs göstərilsə də, nəticə Bakını qane etməyəcək, heç əhəmiyyəti olmayacaq. Çünki münaqişənin dondurulması onun həlli demək deyil", - deyə Korkodinov qeyd edib.
Onun sözlərinə görə, bu yolla ön xətdə status-kvonu qoruyub saxlamaq mümkündür, bu isə Bakı tərəfindən alqışlanmayacaq bir haldır.
"Bakı, İrəvan üçün milli şərəf məsələsi olan bütün ərazilərin qeyri-şərtsiz qaytarılmasını tələb edir. Beləliklə, Məmmədyarov-Mnatsakanyan görüşü, yalnız Bakı ilə İrəvan arasında Dağlıq Qarabağın kimə aidiyyəti məsələsinin daha da dərinləşdiyini göstərir".
Kokordinov hesab edir ki, 2019-cu ildə keçiriləcək KTMT-nin iclasına prezident İlham Əliyev də dəvət edilə bilər.
"Çünki bu sammit Paşinyan və Əliyevin görüşməsi, danışıqlar aparması üçün bir fürsətdir", - deyə o əlavə edib.