Qütbləşmə dərinləşir Siyasət

Qütbləşmə dərinləşir

Akif Nağı: "Ermənistanla danışıqlardan imtina məsələsi gündəmə gətirilməlidir"

Mübariz Əhmədoğlu: "Vasitəçilərin izahları eşidilmir

Milli Məclis sədrinin müavini Bahar Muradova mətbuata müsahibəsində bildirib ki, Dağlıq Qarabağı üçüncü tərəf kimi prosesə qoşmaq istəyirlər: "Yeddi rayon ona görə Azərbaycana qaytarılmalıdır ki, ora bizim torpaqlardır, Azərbaycanındır. Ancaq yeddi rayon arasında qalan Dağlıq Qarabağ da Azərbaycanındır axı. Yeddi rayon qaytarılacaq deyə Dağlıq Qarabağ, onun gələcəyi, statusu, hansı şəkildə fəaliyyətini davam etdirməsi bizim üçün maraqsız ola bilməz. Ona görə də yeddi rayonu kontekstdən çıxarıb danışıqlar prosesinin nəticəsi kimi təqdim edənlərə mövqeyimizi bəyan edirik ki, əlbəttə, yeddi rayon bizimdir, bizə qayıtmalıdır, amma Dağlıq Qarabağın bizdən ayrılması, müstəqil olması və ya Ermənistana birləşdirilməsi müqabilində yox. Dağlıq Qarabağ da Azərbaycanın tərkib hissəsi olmalıdır. Ona görə mərhələli həll variantına üstünlük versək də, biz bu prinsiplərin hamısının bir yerdə razılaşdırılması prosesindəyik".
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, Ermənistanın yola gəlmədiyi bir şəraitdə danışıqlardan imtina məsələsi birmənalı olaraq gündəmdə olmalıdır: "Hazırda bildiyiniz kimi, bölgəmizə yaxın ərazilərdə bir çox proseslər cərəyan edir. Yaxın Şərqdə və İraqda gedən hadisələr heç də təsadüfün nəticəsi deyil. İŞİD-in əməlləri, İraqın şimalında Kürdüstan dövlətinin yaradılması istiqamətində fəallığın artması, İsrailin aktivləşməsi kimi proseslər baş verir. Bu fonda Azərbaycan da öz maraqlarına uyğun olaraq mövqe tutmalıdır. Düşünürəm ki, belə şəraitdə ölkəmizin passiv mövqe tutması maraqlarımıza cavab vermir. Azərbaycan əksinə, təşəbbüs edən tərəf olmalıdır. Təşəbbüs də təbii ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı olacaq. Xüsusən Kürdüstan dövlətinin yaradılması ilə bağlı ortaya atılan ideya Azərbaycan üçün də böyük təhlükədir. Bu ideyanın reallaşması regionda uzun müddətə yeni bir təhlükə mənbəyinin yaranması demək olacaq. Eyni zamanda Azərbaycan və onun blokada şəraitində olan Naxçıvan bölgəsi üçün ağır şərait yarana bilər. Belə olan halda öz probleminin həlli istiqamətində Azərbaycan təşəbbüsü ələ almalıdır. Buna onun kifayət qədər əsası da var. Cəbhə bölgəsində atəşkəsin ermənilər tərəfindən dönə-dönə pozulması, onların Azərbaycan ərazisinə müdaxilə etmək cəhdləri, Kəlbəcərdə öz dədə-baba torpaqlarına getmək istəyən üç dinc sakinə qarşı onların vəhşilik törətməsi kimi hallar cəzasızlıq mühitinin hökm sürməsindən qaynaqlanır. Bu hadisələr də Azərbaycana kifayət qədər əsas verir ki, Ermənistanla danışıqlardan imtina məsələsini gündəmə gətirsin və ləngimədən hərbi əməliyyatlara başlasın. Buna beynəlxalq hüquq da imkan verir. Çünki, ərazisi işğala məruz qalan ölkənin torpaqlarını düşməndən azad etmək hüququ vardır. Təbii ki, bu halda beynəlxalq güclərin də mövqeyi nəzərə alınmalıdır. Amma indiyi kimi beynəlxalq güclərin mövqeyini nəzərə alsaq, onların tələblərini yerinə yetirsək də, nəticəsi yoxdur. Torpaqlarımız işğal altında qalmaqda davam edir və bu istiqamətdə vəziyyət getdikcə daha təhlükəli hal alır. Hazırda beynəlxalq güclərin başı bir sıra digər ciddi problemlərə qarışıb. Super güclər arasında ciddi qarşıdurma prosesi gedir, qütbləşmə dərinləşir. Belə olan halda dünyada gedən proseslər fövqündə danışıqlar prosesindən imtina edib, hərbi əməliyyatlara başlamaqla, məsələni müəyyən qədər həll edə bilsək, bu dünyanın nizamını pozmayacaq. Ciddi şəkildə hərəkət edib, nəticə əldə edərək dünyanı fakt qarşısında qoya bilsək, hesab edirəm ki, dünya o faktla hesablaşacaq".
AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov hesab edir ki, bu çox təhlükəli məsələdir. Onun sözlərinə görə, separatçı qurum üçüncü tərəf kimi danışıqlara qoşulsa, Azərbaycan Dağlıq Qarabağı həmişəlik itirə bilər: "Bu o deməkdir ki, biz separatçı qurumu bərabərhüquqlu tərəf kimi qəbul edirik. Eyni zamanda, bu, münaqişənin həllində Ermənistanın məsuliyyətini əhəmiyyətli şəkildə azaldacaq. Ermənistan çox rahat şəkildə beynəlxalq ictimaiyyətə bəyan edəcək ki, münaqişənin həll olunmasını istəyirsinizsə, Dağlıq Qarabağdakı ermənilərlə hesablaşın. Onların üçüncü tərəf kimi danışıqlarda iştirak etməsinə razılıq vermək hüquqi baxımdan separatçılara yeni imkanlar yaradacaq.
Zatən erməni separatçılarına lazım olan da budur. Çünki defakto torpaqlar işğal altında olsa da, deyure torpaqlar Azərbaycanın ərazisidir. Ona görə də qətiyyən buna razılıq vermək olmaz. Buna razılaşmaq Azərbaycan üçün həlli mümkün olmayan təhlükəli nəticələrə gətirib çıxara bilər".

Əli