Baş nazirin müavinləri vəzifədən azad olundular Siyasət

Baş nazirin müavinləri vəzifədən azad olundular

Baş nazirin iki müavini - Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olunublar.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamları yayılıb. Sərəncamda qeyd olunur:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.
Prezidentin imzaladığı daha bir sərəncamda qeyd olunur:
"Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin".
Sərəncamlar imzalandığı gündən qüvvəyə minib.
Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 21-də Baş Nazirin müavinləri - Əli Həsənov və Hacıbala Abutalıbovu vəzifədən azad edilmələri üçün verdikləri ərizələrilə əlaqədar ayrı-ayrılıqda qəbul edib.
Qeyd edək ki, Əli Həsənov baş nazirin müavini vəzifəsinə ilk dəfə 1998-ci ilin noyabrında təyin olunub. 1998-2018-ci illərdə eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edib. 71 yaşı var.
Hacıbala Abutalıbov 2000-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olub. 2018-ci il aprelin 21-də Baş Nazirin müavini vəzifəsinə təyin edilib. 75 yaşı var.