14 İyul 15:25
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb
Xairici ölkələrdə hərbi təhsil almaq istəyən abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək
ABŞ Prezidenti: Körfəz ölkələri Hörmüz boğazında ödəniş tətbiqinə qarşı çıxıb
Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur
25 Noyabr 2019 18:48
2 247
Ali müfti, Rusiya Federasiyası Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri Şeyxülislam Talqat Səfa Tacuddin Prezident İlham Əliyevə təşəkkür edib.
Şeyxülislam Talqat Səfa Tacuddinin təşəkkür məktubunda deyilir:
“Möhtərəm cənab Prezident.
İcazə verin, Dünya dini liderlərinin II Bakı Sammitinin yüksək səviyyədə təşkil edilməsinə və məhsuldar keçirilməsinə, həmçinin Sammitin qonaqlarının və iştirakçılarının səmimi qəbuluna görə Rusiya Federasiyası Müsəlmanları Mərkəzi Ruhani İdarəsi adından və öz adımdan Sizə səmimi təşəkkürümü bildirim.
Azərbaycan Respublikasında İslam mənəvi irsinin əbədi dəyərlərinin layiqincə bərqərar olması, Azərbaycan xalqının bənzərsiz mədəniyyətinin inkişafı, Rusiya Federasiyası ilə dostluq əlaqələrinin möhkəmlənməsi və inkişafı üçün Sizin fədakar səyləriniz sayəsində hər cür şərait yaradılıb.
Sizə və bütün Azərbaycan xalqına səmimi ehtiramımı və xoş arzularımı bildirirəm.
Sizə xoş dualar edir və mehriban qonşular kimi əməkdaşlığımızın davam edəcəyinə ümid bəsləyirəm”.
14 İyul 21:59
1 141
14 İyul 20:36
4 312
14 İyul 20:33
1 015