BAXCP İdarə Heyətinin iclası keçirilib Siyasət

BAXCP İdarə Heyətinin iclası keçirilib

Sentyabrın 22-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum müzakirə edilib.
İclasda, eyni zamanda, sentyabrın 20-də "Cənub Qaz Dəhlizi"nin təməlinin qoyulması və bu layihənin imzalanması, tarixi hadisə kimi qeyd olunub.
BAXCP İdarə Heyətinin iclasında o cümlədən bildirilib ki, 2020-ci ildə futbol üzrə Avropa çempionatının qrup üzrə oyunlarının və dörddə bir final oyununun Bakıda keçirilməsi Azərbaycan idmansevərlərin böyük uğurudur.