“Babası kimi Paşinyan da faşist ideologiyasından bəhrələnir” Siyasət

“Babası kimi Paşinyan da faşist ideologiyasından bəhrələnir”

Millət vəkili: “Bu, ermənilərin milli xislətinin, irsi əlamətlərin növbəti nümunəsidir”

Paşinyanın sosial şəbəkədə İkinci Dünya müharibəsində iştirak etmiş babasının fotosunu paylaşması Ermənistanda birmənalı qarşılanmayıb. Rusiyada bir çox ekspertlər də buna görə Paşinyanı sərt tənqid ediblər. Xatırladaq ki, ictimaiyyətin nümayəndələri baş nazirin paylaşımına dərhal reaksiya verərək bildiriblər ki, onunla eyni ad-soyadı daşıyan babası 1943-cü ildə Qaregin Njde ləqəbli nasist əlaltısı Qaregin Ter-Arutyunyanın legionunda Hitler Almaniyası tərəfdən vuruşub. Bu, xəyanəti həyat tərzinə çevirmiş ermənilərin iç üzünün növbəti ifşasıdır.
Millət vəkili Naqif Həmzəayev “Xalq cəbhəsi”nə bildirdi ki, erməni saxtakarlığının kökü qədimlərə gedib çıxır: “Bu millətin nümayəndəsinin əli qələm tutan kimi başlayır özünə yalanla, saxtakarlıqla dolu tarix quraşdırmağa. Türkiyənin, Azərbaycanın yurdlarını öz yurdları kimi qələmə vermələri, tariximizə, milli mətbəximizə, milli musiqilərimizə, tarixi şəxsiyyətlərimizə yiyə çıxmaları erməni yalanının, riyakarlığının ən bariz nümunələrindəndir. Belə faktlar çoxdur.
Bu dəfə erməni saxtakarlığına, yalan üzərində qurulan tarixə Ermənistanın baş naziri Nikol Paşinyan imzasını atıb. O, 9 May - Qələbə Günündə Facebook sosial şəbəkəsindəki səhifəsində İkinci Dünya müharibəsində iştirak etmiş babasının fotosunu paylaşıb. Bu dəfə babasını Sovet İttifaqı Qəhrəmanı elan etmək istəyən Nikol Paşinyanın niyyəti baş tutmayıb.
Nikol Paşinyanın xəstə təxəyyülünün bu son məhsulu Qarabağ məsələsi ilə bağlı verdiyi bəyanatların, faşist cəllad Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyanı müdafə etməsinin, Azərbaycan xalqına qarşı soyqırımı törətmiş erməniləri xalq qəhrəmanları kimi qələmə verməsinin davamı oldu.
Sərsəm erməni baş nazirinin fazist əlaltısı olan babasını təqdim etməsi bir daha təsdiq etdi ki, babası kimi Paşinyan da faşist ideologiyasından bəhrələnir. Bu gün bütün dünya Nikol Paşinyanın rəhbərliyi ilə ermənilərin faşizm, nasizm, terrorizm ideologiyası ilə hərəkət etdiyini yaxşı bilir.
2019-cu il oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini diqqətə çatdıraraq, bir daha dünyaya bəyan etmişdi: "Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib".
Ermənistanın baş nazirinin babasının isə Qaregin Njdenin tərəfində – Hitler Almaniyası tərəfində Sovet İttifaqına, sülhə, əmin - amanlığa qarşı döyüşməsi faktı ermənilərin milli xislətinin, irsi əlamətlərin növbəti nümunəsidir”.

“Ermənistanda güclü faşizm ənənəsi var”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli diqqətə çatdırdı ki, Ermənistanda güclü faşizm ənənəsi var:”Nəinki Paşinyana qədər - XX əsr boyunca bütün erməni silahlılarının, terrorçularının ana ideyası panermənizm olub. Azərbaycanlıların öz vətənlərindən deportasiyası faşizm ideyaları idi. Məhz bu prosesləri izləyəndən sonra Ermənistan əhalisinin monoetnik olduğunu və faşizm ideyaları ilə çuğlaşıldığını anlamaq olar.
O baxımdan Paşinyanların nəslindən birinin alman faşistləri ilə birgə olmsına təəccüblənməyə gərək yoxdur.
Qaregin Njdenin insanları qaz sobalarında yandırması, bir faşitdən daha artıq faşist olması, ən dəhşətlisi erməni dövlətinin buna aid abidə ucaltması bütün müharibə qurbanlarının xatirəsinə hörmətsizlik, qalib gələn dövlətlərə , xüsusilə də Rusiyaya qarşı tərbiyəsizlik kimi izah edilir.
Andronikin, Tayleryanın, Dronun əməllərinə qiymət verərkən, erməni dövlətinin sütunlarını atarkən hansı dəhşətli əməlləri reallaşdırıblar, bütün bunların izləri Qubadakı soyqırımı mavzoleyində, Bakıda, Şamaxıda, Qarabağda, Lənkəranda tarixin yaddaşında yaşamaqdadır.

“Baba Paşinyan faşizmə xidmət edib”

Politpoloq Məhəmməd Əsəsdullazadə bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın faşizm üzərində qələbəsində babasını adını çəkməsi çox ironikdi və sübut olundu ki, baba Paşinyan faşizmə xidmət edib: “Bu, Paşinyan üçün soyuq duş effekti yaratdı və Ermənistan rəhbərlərinin sən demə babaları ya daşnak, ya da faşist olubdur. Bunlar da insalığa qarşı idelogiyadır. Hesab edirəm ki, faşist Qaragen Njdeni öyən bir baş nazir üçün təəcüblü deyil. Çünki, Nikol Paşinyan daima faşist Nijdeni beynəlxalq tədbirlərdə ermənilərin xilaskarı adlandırıb. Bu onu göstərir ki, ermənilər daima Rusiyaya qarşı xəyanət yolu seçib və fürsət düşdükcə onlara qarşı zərbə endirib. Hətta ermənilər faşistlərlə birlikdə yəhudilərə qarşı soyqırım aktında ən fəal olublar. Göründüyü kimi erməni xisləti və siyasəti faşizmə əsaslanır və onların apardığı işi hazırda Ermənistanın indiki rəhbərliyi aparır. Belə olmsaydı faşistə İrəvanın mərkəzində abidə qoyulmazdı. Rusiya və digər Avropa ölkələri Ermənistana qarşı bu təzyiqləri etməli və faşizmin təbliğinin qarşısını almalıdırlar. Paşinyanın babasının faşistlərlə bir olması Rusiyanın əleyhinədir. Bildiyimiz kimi, Rusiya Paşinyanı xoşlamır və çaışır ki, onun daxildə reytinqinə zərbə vursun. Ona görə də bu məsələni onlar daha da qabarıq qeyd edirlər. Hər halda həqiqətləri deyirlər və Azərbaycanın bu məsələdə nə qədər haqlı olduğu isbat olunur”.
Millət vəkili, tarixçi alim Musa Qasımlı isə hesab edir ki, İkinci Dünya Müharibəsi illərində bir sıra erməni xadimləri və ayrı-ayrı qrupların faşist Almaniyasının kəşfiyyatı ilə əlaqərinin olmasına dair çoxlu sayda rəsmi arxiv sənədləri var: “Njde və Dro haqqında sovet xüsusi xidmət orqanlarının hazırladığı məlumatlar bunu təsdiq edir. Bu şəxslər və digərləri təkcə 1914-1920-ci illərdə türkləri kütləvi şəkildə öldürməyiblər, eyni zamanda müharibə illərində rusları, digər slavyan xalqlarını da öldürməyə dair çağırışlar ediblər və onun həyata keçirilməsində iştirak ediblər: “Yəhudilərə qarşı Holokostda törədilən qətliamlarda ermənilərin də əli var. Erməni qruplarının əli Baltikyanı xalqların, gürcülərin və digərlərinin də qanına batıb. Bu gün Ermənistanda neonasizmin dövlət siyasəti olması, Njdeyə abidə qoyulması, adına küçə verilməsi əbəs deyil. Paşinyan da həmin qanın və ideologiyanın daşıyıcısıdır. Erməni faşizmi alman faşizmindən daha dəhşətlidir. Hitler Almaniyası işğal etdiyi ərazilərdə əhalini qovmurdu, qədim tarix və mədəniyyət abidələrini dağıtmırdı, işğalçı ermənilər isə Azərbaycan ərazilərində və Azərbaycan xalqının tarixi torpağı olan indiki Ermənistanda xalqımıza aid olan hər şeyi şey tarixdən silib, qəbiristanlıqları dağıdıb”.

Əli