2000 manatlıq inəyinizi canavar yesə pulu ödənə bilər...
4 Dekabr 23:28
Son 16 ildən artıq dövrdə ümummilli lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması bu siyasətin prioritet istiqamətlərindəndir. Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması da bu sahədə görülən işlərin nəticəsidir. Böyük əminliklə qeyd edirik ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək qüdrətindədir. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt zəfəri ordumuzun gücünü həm işğalçı Ermənistana, həm də dünyaya nümayiş etdirdi.”
Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub: ”Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmləsi nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Möhtərəm Prezidentimiz İlham Əliyev Təhlükəsizlik Şurasının iyulun 13-də keçirilən iclasında da bu reallığı diqqətə çatdırdı ki, Ermənistan Tovuz rayonu istiqamətində hərbi təxribatı ilk hadisə deyil. 2016-cı ilin aprelində Ermənistan təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi. Onların sırasında bir uşaq da var idi. 26 mülki şəxs yaralandı. Yüzlərlə ev dağıdıldı. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi, bayrağımız azad edilmiş ərazilərdə qaldırıldı. Döyüş meydanında məğlub olan Ermənistan bundan sonra şəhərlərimizə və kəndlərimizə hücum etmək kimi məkrli siyasətindən istifadə etməyə başladı. 2017-ci ilin iyulunda Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum edildi, 2 dinc sakin - 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi qətlə yetirildi. 2017-ci il avqustunda Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralandı.”
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, düşmən mütəmadi olaraq atəşkəsi pozur, təxribatlara əl atır: “Beynəlxalq təşkilatların, dünyanın böyük dövlətlərinin buna biganə yanaşması təbii ki, birmənalı qarşılana bilməz. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, necə olur despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan hakimiyyətinə heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Təcavüzkara münasibətdə bu cür siyasət ədalətsizliyi nümayiş etdirir. Aprel döyüşlərindən bu günə qədər ermənilərin təmas xəttində törətdikləri təxribatlara diqqət yetirdikdə bu həqiqət özünü bir daha təsiqləyir.”
“Ermənistan bu təxribatlarla beynəlxalq təşkilatların diqqətini Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətindən yayındırmağa, Azərbaycana qarşı həyata keçirdiyi işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir” söyləyən V.Rəhimzadə əlavə edib ki, dünyanın koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsinə diqqət yönəltdiyi, birgə səylərin göstərilməsinə çağırışların edildyi bir zamanda Ermənistanın təxribatla məşğul olması birmənalı qarşılana bilməz: “Ermənistan Azərbaycanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləməkdən imtina etdi. Baxmayaraq ki, bu ölkədə koronavirus daha çox yayılıb, ən əsası hakimiyyət bu xəstəliyin qarşısını almaqda acizdir. Reallıq budur ki, Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, azad sözə qarşı repressiyaların tətbiq edilməsi və s. reallıqlar Paşinyan hakimiyyətini çox mürəkkəb vəziyyətə salıb. Görünür, işğalçı dövlət bu kimi məqamlardan, daxili problemlərdən diqqəti yayındırmaq üçün cəbhə xəttində növbəti təxribatı törətməyi çıxış yolu hesab edib. Amma unudur ki, bu, təcavüzdür, güc tətbiq etmək aktıdır”.
V.Rəhimzadə xatırladıb ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlum qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edir: “İşğalçı dövlətin mütəmadi olaraq atəşkəsi pozması, təmas xəttində təxribat törətməsi münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münxen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi bu gün xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Artıq bütün dünya bilir və qəbul edir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi torpağıdır. Diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantını seçərsə, qələbə qazanacağı şübhəsizdir. Qeyd etdiyimiz kimi, Aprel döyüşləri, Günnüt zəfəri Azərbaycanın malik olduğu imkanların, Milli Ordumuzun gücünün təqdimatıdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, gün gələcək işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.”