“Qadağalara əməl etməliyik” Siyasət

“Qadağalara əməl etməliyik”

Vaqif Qarayev: “Statistik rəqəmlərdə müsbət dinamika bizi arxayınlaşdırmamalıdır”

“COVİD-19 pandemiyası sovuşmayıb və hələ də dünyanı təhdid edir. Eyni zamanda Azərbaycanda da virus təhlükəsi davam edir və insanlar diqqətli olmalı, qərarlara riayət etməlidirlər”. Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında tanınmış həkim Vaqif Qarayev deyib. V.Qarayev “düzdür, statistik rəqəmlərdə müsbət dinamika var, amma bu bizi arxayınlaşdırmamalıdır”, - deyə vurğulayıb: “Nəzərinizə çatdırım ki, koronavirus can almaqda davam edir, hər gün həkim ölümü var. Bu çox ciddi məsələdir! Maska taxmalı, fiziki məsafə gözləməli, qadağalara əməl etməliyik. Əgər bunları edərsək bundan sonra karantin rejiminə də ehtiyac qalmayacaq”.

Əli Zülfüqaroğlu