AXCP-də istefalar davam edəcək Siyasət

AXCP-də istefalar davam edəcək

Əli Kərimlinin göstərişi ilə istefa verənlərə qarşı sosial şəbəkələrdə təhqir kampaniyası başladılıb

Əli Kərimlinin müşaviri olmuş Şakir Abbasovdan sonra Azərbaycan AXCP Ali Məclisinin üzvü İslam Mahmudov da təmsil olunduğu partiyadan istefa verib. İslam Mahmudov bununla bağlı yaydığı bəyanatda istefasının səbəblərinə toxunub.
O bildirib ki, 1989-cu ildən AXCP-nin üzvü olub, lakin partiya rəhbərliyinin çirkin kampaniyaçılığına etiraz olaraq istefa vermək qərarına gəlib: "Bu gün AXCP-nin rəhbərliyinə daxil olan bir çox şəxslərin cəmiyyətin müxtəlif təbəqələrinə qarşı uğursuz savaş açdıqlarını müşahidə edirəm. AXCP sədri bütün bu yersiz kampaniyalara göz yumursa, o zaman cəmiyyətdə şübhə yaranır ki, kampaniyanın başında şəxsən özü dayanır. Sanki bu partiya məğlubiyyətinin qısasını xalqdan almaq iddiasındadır. Azərbaycanda şərəfli siyasi keçmişi olan bir partiyanın bu cür çirkin kampaniyada yer almasına etiraz olaraq AXCP sıralarından çıxdığımı bəyan edirəm". Qeyd edək ki, son iki gündə bu, AXCP-dən ikinci istefadır.
Bundan əvvəl Əli Kərimlinin müşaviri Şakir Abbasov AXCP-dən istefa verib. Şakir Abbasov yeni partiya mənsubiyyətinin olacağını istisna etməyib. Keçmiş cəbhəçi gələcək siyasi fəaliyyəti ilə bağlı münasibətini açıqlayarkən bu fikirdə olduğunu bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda Müsavat Partiyasının qurultayına getməsi AXCP-də ona qarşı aqressiv münasibətə səbəb olub: "Qurultaya gedəndən sonra mənim üstümə çox gəldilər ki, niyə getmisən?"
Şakir Abbasov AXCP rəhbərliyinin pul düşkünü olduğunu qeyd edərək, partiyanın acınacaqlı vəziyyətdə olduğunu bildirib: "Partiya pul düşkünlərinin, sui-istifadə edənlərin və şəxsi mənafe güdənlərin əlinə düşdü".
Qeyd edək ki, artıq Əli Kərimlinin göstərişi ilə istefa verənlərə qarşı sosial şəbəkələrdə təhqir kampaniyası başladılıb.

Əli