“Kaspşikin hərbi helikopterin vurulduğu ərazidə olması xəbəri yalandır” Siyasət

“Kaspşikin hərbi helikopterin vurulduğu ərazidə olması xəbəri yalandır”

Vaqif Dərgahlı: "Bu ermənilərin növbəti təxribatıdır"

Novruz Məmmədov: "Hərbi təlimlər Azərbaycana qarşı təxribat idi"

Rövşən Rzayev: "Hərbi helikopterin Azərbaycan hava məkanını pozması ilə bağlı məsələ AŞPA-nın növbəti sessiyasında qaldırılacaq"

ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Ermənistana məxsus hərbi helikopterin vurulduğu ərazidə olması xəbəri yalandır, ermənilərin növbəti təxribatıdır. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.Onun sözlərinə görə, Rusiya KİV-nin erməni mənbələrinə istinadən guya ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin qoşunların təmas xəttində monitorinq aparan zaman Azərbaycanın Ağdam rayonunda vurulmuş Ermənistana məxsus hərbi helikopterin düşdüyü ərazidə olması barədə yaydığı məlumatlar həqiqətəuyğun deyil: "Bu, ermənilərin əvvəlcədən planlaşdırdığı və növbəti dəfə mətbuata sızdırdığı təxribat xarakterli yalandır. Monitorinq əvvəlcədən planlaşdırılmış ərazidə aparılıb ki, bu da helikopterin düşdüyü yerdən 20 km uzaqdadır".
Pokovnik Vaqif Dərgahlılı əlavə edib ki, ATƏT nümayəndələrinin təhlükəsizliyi yalnız monitorinqin aparıldığı ərazidə təmin edilir.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 18-də Ağdam rayonunun Mərzili kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Saymon Tiller, Piter Svedberq və Yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri isveçrəli polkovnik Markus Uidmer, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik, onun səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Yüksək səviyyəli planlaşdırma qrupunun rusiyalı nümayəndəsi Vitaliy Belokon keçiriblər.
Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə deyib ki, Azərbaycana qarşı atılan addımlar barədə bir saat yox, günlərlə danışmaq olar: "Məsələn, 5 gün əvvəl Azərbaycanın işğal altındakı ərazisində hərbi təlim keçirildi". Novruz Məmmədov bildirib ki, hərbi təlimlər Azərbaycana qarşı təxribat idi: "Bir ay əvvəl Rusiyanın Ukrayna sərhədindən 150 km uzaqda hərbi təlim keçirdi. Qərbdə bu təlimin məqsədi, kimə təhdid yaratması ilə bağlı həyəcanlı bəyanatlar səsləndi, müzakirələr aparıldı. Bəs niyə Azərbaycanın işğal olunmuş ərazisində aparılan təlimlərlə bağlı belə münasibət ortaya qoyulmadı? Azərbaycan həmin ərazilərdə 1994-cü ildən uçuşlara qadağa qoyub, bunu yada salan yoxdur. Niyə beynəlxalq QHT-lər münasibət ortaya qoymadı? Hətta bu gün də Qərb mediasında baş verən hadisə təhrif olunmuş formada çatdırılır. Bütün bunları ona görə deyirəm ki, bura əməkdaşlıq üçün yığışmışıq. Bu cür proseslər dünyada gərgin vəziyyəti yaradan əsas səbəblərdir. Niyə Azərbaycanın ərazisində separatçı qurum, yaxud Ermənistan təlim keçirməlidir? Biz Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Qərbdən ədalətli mövqe istədik. ATƏT-in Minsk qrupunun həmsədrləri niyə uğurlu addım ata bilmirlər? Çünki ATƏT-in Minsk qrupunun həmsədrləri də beynəlxalq hüququ kənara qoyublar. Onlar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi barədə də heç vaxt danışmırlar. Azərbaycanın Dağlıq Qarabağ ərazisi, ətrafdakı 7 rayon işğal olunub, yüz minlərlə insan əsas hüquqlarından məhrum olub. Niyə beynəlxalq QHT-lər bunu demir? Postsovet məkanında yaranan dövlətlərə baxın, o dövlətlərin hamısı Qərbə inteqrasiya olunmaq istəyirdi. Ancaq indi o dövlətlər deyir ki, Qərbdən isti münasibət görmürlər. Dünyada ədalət olmasa, beynəlxalq hüquqdan danışmaq olmaz. Belə məsələlər bu gün Azərbaycanı çox narahat edir. ATƏT-in Minsk qrupunun fəaliyyəti belə davam edərsə, biz bəlkə öz iradəmizlə bunu etməyə çalışaq? Bu, bizim hüququmuzdur. Hərbi təlimlər Azərbaycana qarşı təxribat idi. Ermənistanın hərbi helikopteri Ağdam rayonunda bir neçə dəfə əsgərlərimizin üstündən uçub, hətta əsgərlər imkan tapıb, onu videoya da çəkiblər".
Novruz Məmmədov əlavə edib ki, dünyada hər kəs vəzifəsini vicdanla həyata keçirsəydi, belə gərgin vəziyyət yaranmazdı. Onun sözlərinə görə, Qərb ikiqütblü dünya dağılandan sonra bütün proseslərə geosiyasi yanaşma ortaya qoydu, maraqlar əsas götürüldü, nəticədə dünyada belə gərgin vəziyyət yarandı: "Azərbaycana qarşı atılan addımlar barədə isə bir saat yox, günlərlə danışmaq olar. Məsələn, 5 gün əvvəl Azərbaycanın işğal altındakı ərazisində hərbi təlim keçirildi". Novruz Məmmədov xatırladıb ki, bir ay əvvəl Rusiya Ukrayna sərhədindən 150 km uzaqda hərbi təlim keçirirdi: "Qərbdə bu təlimin məqsədi, kimə təhdid yaratması ilə bağlı həyəcanlı bəyanatlar səsləndi, müzakirələr aparıldı. Bəs niyə Azərbaycanın işğal olunmuş ərazisində aparılan təlimlərlə bağlı belə münasibət ortaya qoyulmadı? Azərbaycan həmin ərazilərdə 1994-cü ildən uçuşlara qadağa qoyub, bunu yada salan yoxdur. Niyə beynəlxalq QHT-lər münasibət ortaya qoymadı? Hətta bu gün də Qərb mediasında baş verən hadisə təhrif olunmuş formada çatdırılır. Bütün bunları ona görə deyirəm ki, bura əməkdaşlıq üçün yığışmışıq. Bu cür proseslər dünyada gərgin vəziyyəti yaradan əsas səbəblərdir. Niyə Azərbaycanın ərazisində separatçı qurum, yaxud Ermənistan təlim keçirməlidir? Biz Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Qərbdən ədalətli mövqe istədik. ATƏT-in Minsk qrupunun həmsədrləri niyə uğurlu addım ata bilmirlər? Çünki ATƏT-in Minsk qrupunun həmsədrləri də beynəlxalq hüququ kənara qoyublar. Onlar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi barədə də heç vaxt danışmırlar. Azərbaycanın Dağlıq Qarabağ ərazisi, ətrafdakı 7 rayon işğal olunub, yüz minlərlə insan əsas hüquqlarından məhrum olub. Niyə beynəlxalq QHT-lər bunu demir? Postsovet məkanında yaranan dövlətlərə baxın, o dövlətlərin hamısı Qərbə inteqrasiya olunmaq istəyirdi. Ancaq indi o dövlətlər deyir ki, Qərbdən isti münasibət görmürlər".
Novruz Məmmədov daha sonra qeyd edib ki, Ermənistan son məqama qədər Avropa İttifaqı ilə "Assosiasiya sazişi" imzalamaq istədiyini bəyan etsə də, Ermənistan Prezidenti son gündə başqa ittifaqa daxil olduqlarını açıqlayıb: "Ukraynada Yanukoviç bir qədər vaxt istəyirdi, Ukraynada nələr baş verdi? Dünyada ədalət olmasa, beynəlxalq hüquqdan danışmaq olmaz. Belə məsələlər bu gün Azərbaycanı çox narahat edir. ATƏT-in Minsk qrupunun fəaliyyəti belə davam edərsə, biz bəlkə öz iradəmizlə bunu etməyə çalışaq? Bu, bizim hüququmuzdur. Hərbi təlimlər Azərbaycana qarşı təxribat idi. Ermənistanın hərbi helikopteri Ağdam rayonunda bir neçə dəfə əsgərlərimizin üstündən uçub, hətta əsgərlər imkan tapıb, onu videoya da çəkiblər".
AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev deyib ki, Ermənistana məxsus hərbi helikopterin Azərbaycan hava məkanını pozması ilə bağlı məsələ Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında qaldırılacaq. Millət vəkili qeyd edib ki, keçən sessiya zamanı da Dağlıq Qarabağın işğalı və son dövrlərdə təmas xəttində atəşkəsin ermənilər tərəfindən intensiv pozulması barədə nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov trərəfindən qətnamə layihəsi qaldırılıb: "Təbii bu konteksdə məsələni yenidən qaldıracağıq. Bildirəcəyik ki, nə qədər gec sülh prosesinə dəstək veriləcəksə, bu cür problemlər o qədər çox yaranacaq".

Əli