14 İyul 15:25
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb
Xairici ölkələrdə hərbi təhsil almaq istəyən abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək
ABŞ Prezidenti: Körfəz ölkələri Hörmüz boğazında ödəniş tətbiqinə qarşı çıxıb
Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur
27 Oktyabr 2020 10:32
2 436
Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) sədri Közhan Yazgan Azərbaycana dəstək məqsədilə UNEC rektoru, professor Ədalət Muradova məktub ünvanlayıb.
Məktubda Azərbaycanın bütün beynəlxalq qərarlara rəğmən, 90-cı illərdən bəri ermənilərin işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlarını azad etməsi uğrunda qanı, canı bahasına apardığı qəhrəmanlıq mübarizəsini qardaş Türkiyənin qürurla izlədiyi bildirilir. Azərbaycanın 30 ilə yaxın müddətdə bu haqq mübarizəsini sülh yolu ilə həll etmək cəhdlərinin heç bir nəticə vermədiyi, ermənilərin isə mülki obyektləri hədəf aldığı, körpə-uşaq demədən, məsum insanların qanını tökərək vəhşiliklər etdiyi deyilir. Dünyanın gözü önün baş verən bu alçaqlıq nifrətlə, lənətlə qınanılır.
“Qardaş Azərbaycanın acısı acımız, sevinci sevincimizdir” deyən K.Yazgan, “Bir millət iki dövlət” olaraq, bütün duyğularımıza ortaq olduğunu vurğulayıb.
Məktubda TDAV-ın qardaş Azərbaycanın müharibə şəraitində, həm də koronavirus səbəbilə ağır şərtlər altında onlayn təhsildəki uğurlarını yaxından izlədiyi, bu istiqamətdə hər hansı bir dəstəyin göstərilməsi üçün hazır olduqları deyilir.
Sonda K.Yazgan qardaş Azərbaycan ordusunun qısa zamanda zəfər qazanması və işğal altında olan torpaqlarda sonsuza qədər ay-ulduzlu bayrağın dalğalanması ilə bağlı diləklərini çatdırıb.
14 İyul 21:59
1 057
14 İyul 20:36
4 011
14 İyul 20:33
966