Azərbaycan və Qazaxıstanın KİV sahəsində əməkdaşlığı müzakirə olunub Siyasət

Azərbaycan və Qazaxıstanın KİV sahəsində əməkdaşlığı müzakirə olunub

Qazaxıstanın informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

“Xalq cəbhəsi” qəzeti Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər iki ölkənin KİV sahəsində əməkdaşlığı məsələlərini müzakirə ediblər.

Asxat Oralov Nur-Sultan şəhərindəki Media mərkəzinin işi, yeni “Turkistan” televiziya kanalının işə salınması və bu sahədə digər layihələr haqqında ətraflı danışıb. Tərəflər türk dövlətlərinin tarixi, mədəniyyəti və müasir həyatı ilə tanışlıq məqsədilə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Görüş Türk Şurasına üzv ölkələrin informasiya və media sahəsindəki dövlət qurumlarının rəhbərlərinin konfransı çərçivəsində baş tutub.