“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
7 İyun 2021 13:35
2 730
Azərbaycan qardaş Qazaxıstan xalqı ilə əməkdaşığın inkişafına böyük əhəmiyyət verir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov parlamentin sədri Nurlan Niqmatulinlə görüşü zamanı deyib.
Səfir iki ölkə arasında qarşılıqlı əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib.
O bildirib ki, hər iki ölkənin rəhbərliklərinin sayəsində ilk növbədə ticari-iqtisadi və infrastruktur yönümlü çoxsaylı birgə layihələr həyata keçirilir və bu təkcə Qazaxıstanla Azərbaycanın deyil, həm də regionun bütün ölkələrin inkişafı üçün yeni perspektivlər yaradıb.
Qazaxıstan parlamentinin sədri öz növbəsində Azərbaycanla Qazaxıstan arasında münasibətlərin strateji xarakterini qeyd edib və Qazaxıstan rəhbərliyinin Azərbaycanla hərtərəfli əməkdaşlığının və dostluğunun möhkəmlənməsinə sadiqliyini vurğulayıb.
19 Dekabr 18:44
868
19 Dekabr 17:46
931
19 Dekabr 17:24
938