Torpaq erməniyə Vətən olmaq istəmir... Siyasət

Torpaq erməniyə Vətən olmaq istəmir...

Dünən Azərbaycanda anım, Ermənistanda isə matəm günü idi...
Biz qalibləri – Vətən torpağının hər qarışı uğrunda son damla qanınadək savaşan, Vətən sevgisi, cəsarəti, mərdliyi ilə ölümə meydan oxuyan şəhidlərimizi anırdıq, onlar isə Azərbaycan torpaqlarında məhv edilən qəsbkarlara yas saxlayırdılar.
Bir tərəfdə qanla suvarılan milli qürurun, ədalətin, Vətənə sədaqətin təntənəsi, digər tərəfdən suçluluq duyğusundan doğan qəzəb, nifrətdən süzülən göz yaşları, çat verən hikkə və haq edilən məğlubiyyətin yükü altında əzilən çarəsizlik vardı...
...Azərbaycan xalqı öz qəhrəman igidlərini qürurla, başını uca tutaraq anırdı... Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, rəşadətli Ordumuzun əsgər və zabitləri şəhid döyüş yoldaşlarının, qəsbkar müharibə canilərinin cinayətkar əməllərinin qurbanı olmuş mülki Azərbaycan vətəndaşlarının portretlərini başları üzərinə qaldıraraq, qürurla qol-boyun olan müqəddəs kədəri baxışlarında əridərək irəliyə - gələcəyə doğru addımlayırdılar.
Dünən Ermənistanda məğlubiyyətin matəm günüydü... Küçələrdə əzik-üzük adamların siluetləri qaranlıq saçan məşəllərin kölgəsində əriyir, çürük idealların dəfn olunduğu məkana doğru kölgə kimi sürünürdü...
Dünən də, bu gün də Ermənistandan hazırlanan reportajları, müxtəlif internet resurslarında, sosial şəbəkələrdə paylaşılan videoları gözdən keçirdim. Gənclər demək olar ki, gözə dəymirdilər. Üz-gözündən kin yağan, saçları Bakıda, Hərbi Qənimətlər parkında sərgilənən, 44 günlük müharibədə məhv edilmiş hərbi texnika kimi “paslanmış” küpəgirən qarılar həvəslə kameralar önünə keçir, nifrət püskürürdülər. Bir zamanlar beşik başında övladlarının qulağına pıçıldadıqları yalan və böhtanlar, bətnindən kin damlayan mif və əfsanələr Ermənistan ordusu kimi darmadağın edilmiş bu küpəgirənlər indi öz zəhərlərində boğulur, sudan çıxarılmış naqqa balıqları kimi kirli ağızları həvəssis bir şəkildə açıb-yumurdular.
...Bütün bu görüntülərdən sonra bir daha əmin oldum ki, DƏMİR YUMRUQ hələ uzun illər və bəlkə də əbədiyyətədək ermənilərin başı üzərindən çəkilməməlidir.
***
Ermənistan cəmiyyəti depressiyadan ayılmayıb və hələ uzun müddət ayılmayacaq. Onillər boyu yalanla nəfəs alan, ağlasığmaz əfsanə və miflərlə qidalandırılan, ətrafa kölə nifrətiylə baxan bir cəmiyyəti qısa bir zaman kəsiyində reallıqlarla barışdırmaq, islah etmək mümkün deyil. Ermənilər ayaq basdıqları hər yerə “yad cism” kimi daxil olur və Tanrının insanlara bəxş etdiyi İlhai harmoniyanı pozurlar. Ermənilər indinin özündə, bir zamanlar imperiyalar tərəfindən Azərbaycan torpaqlarında onlara biçilmiş “ölkə”nin sərhədləri çərçivəsində də özlərini yad kimi hiss edirlər. Amma hələ də anlaya bilmirlər ki, səbəb hiylə və məkrlə, terrorla, ən vəhşi canlılara belə xas olmayan qəddarlıq və amansızlıqla sahibləndikləri torpaqların onlara Vətən ola bilməməsidir. Tanrı tərəfindən tarix boyu onlara qucaq açan xalqlara qarşı etdikləri xəyanətlər səbəbindən lənətləndiklərini hələ də dərk edə bilmirlər.
Torpaq erməniyə Vətən olmaq istəmir, öz gerçək sahiblərinin qayıdışını gözləyir!
Elçin Mirzəbəyli