“Etiraz edənləri qəbul edib dinləmək, mövqe ifadə etmək əvəzinə...” Siyasət

“Etiraz edənləri qəbul edib dinləmək, mövqe ifadə etmək əvəzinə...”

Vurğun Əyyub: " Onlara nimdaş ittihamlar, kiflənmiş damğalar yağdırdılar"

"Müsavat Partiyasının bir qrup üzvü partiyanın indiki rəhbərliyinin apardığı siyasətə etiraz məqsədilə qərargaha toplaşdı. Qərargahdakı zalın qapılarını açmadıqlarından məcbur olub qərargahın önündə etiraz yığıncağı keçirdilər. Etiraz edənləri qəbul edib dinləmək, mövqe ifadə etmək əvəzinə rəhbərlikdə olanların ən balacasından tutmuş ən böyüyünə kimi nimdaş ittihamlar, kiflənmiş damğalar yağdırdılar". Bu barədə Müsavat Partiyasından bu günlərdə xaric edilən Vurğun Əyyub özünün facebook hesabında qeyd edib. O bildirib ki, Müsavat rəhbərliyi etiraz edənləri "satqındırlar, hakimiyyətin agentura şəbəkəsidirlər, YAP-ın sifarişini yerinə yetirənlər" adlandırdılar: "Etiraz edənlərin şəkillərinə, video görüntülərinə baxıram. Əksəriyyəti illərdir tanıdığım, mübarizədən bir addım da kənara çəkilməyən adamlardır. Çıxışçılar kimlərdir? Mitinqlərin, seçkilərin, partiya tədbirlərinin təşkilatçıları, hərəsi bir rayon təşkilatını quran, möhkəmlədən, yaşadan, liderlərinə "Primakov agenti", "qorxaq", "iradəsiz!, "satqın" böhtanları yağdıranlara qarşı mərdliklə sinə gərənlər, o təhqirləri söyləyənlərə qarşı hətta düşmənçilik səviyyəsində mübarizə aparan insanlardır. Bu insanlara qarşı sərgilənən mövqe, söylənilən ittihamlar siyasi-mənəvi tənəzzülün, bilmirəm, başlanğıcıdır, zirvəsidir, ya sonu?"

Əli