14 Yanvar 2022 10:16
2 968
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla diplomatik münasibətlərin yenidən təsis edilməsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Türkiyə bu gün, dost və qardaş Azərbaycanla diplomatik münasibətlərin yenidən təsis edilməsinin 30-cu ildönümünü qeyd edir.
Qeyd olunub ki, Türkiyə vaxt itirmədən Azərbaycan Respublikasını rəsmən tanıyıb və Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası Arasında Yenidən Diplomatik Əlaqələr Təsisi Haqqındakı Protokolun imzalanması ilə iki ölkə arasındakı diplomatik münasibətlər başladılıb: “Müstəqilliyini elan etməsindən sonra Azərbaycanla diplomatik münasibət quran ilk ölkə Türkiyə olub”.
20 Mart 19:24
3 787
20 Mart 09:57
1 820
20 Mart 09:51
1 652