

4 Sentyabr 17:54
4 Sentyabr 17:41
4 Sentyabr 17:21
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA) tərəfindən Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil edilən Asiya və Sakit okean ölkələri üzrə Regional Sosial Təminat Forumunda iştirak edib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ötən il Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA) sədri seçilmiş H.Məmişov Forum çərçivəsində ISSA-nın baş katibi Marselo Abi-Ramia Kaetano ilə görüşüb. Görüşdə adıgedən beynəlxalq təşkilatlar arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Eyni zamanda 2012-ci ildə BPSFA ilə ISSA arasında imzalanmış Anlaşma Memorandumunun qlobal miqyasda sosial təminat sisteminin günün müasir tələblərinə uyğun dinamik inkişafı ilə əlaqədar yenilənməsi məsələsi də müzakirə edilib.
Sonda yeni Anlaşma Memorandumunun hazırlanması işinin sürətləndirilməsi məqsədilə tərəflər arasında Niyyət Sazişi imzalanıb.