Qayınanasını qətlə yetirməkdə təqsirləndirilən qadına hökm oxunub
Fatih Birol: Hazırda neft bazarı misli görünməmiş problemlərlə qarşılaşır
Azərbaycan Prezidenti: Ermənistan müstəqillik tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək
Prezident: Azərbaycan qlobal enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək
Prezident İlham Əliyev: Azərbaycan üzərindən tranzitə tələbat artır
5 Dekabr 2025 17:41
3 101
2026-2028-ci illərdə Azərbaycanda mikro və kiçik sahibkarlara əlavə dəstək mexanizmi inkişaf etdiriləcək.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Etibarlı Tərəfdaş Konsepsiyası”nın tədbirlər planında öz əksini tapıb.
Sənədə əsasən, beynəlxalq təcrübə nəzərə alınmaqla idxal (bəzi kateqoriya malların) və ixrac əməliyyatları üzrə gömrük ödənişlərindən azadolma məbləğinin hədlərinin dəyişim templərinə uyğun olaraq güzəşt mexanizmlərinin öyrənilməsi nəzərdə tutulub. Eyni zamanda gömrük ödənişlərindən azadolma məbləğinin tətbiqi dairəsi müəyyənləşdiriləcək.
Nəticədə bu istiqamətdə normativ hüquqi bazanın formalaşdırılması və güzəşt mexanizminin tətbiqi həyata keçiriləcək.
Planın əsas icraçısı Nazirlər Kabineti, digər icraçılar isə, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyidir.