15:02
805
Qəzza münaqişəsinin tərəfləri və vasitəçilər Fələstin HƏMAS hərəkatının silahsızlaşdırılması üçün ilkin addımlar, o cümlədən qrupun ağır silahlarının yığışdırılması barədə razılığa gəliblər.
Xalqcebhesi.az xəbər verir ki. bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
"Həmasdan ağır silahların çıxarılması üçün ilkin addımlar barədə razılıq əldə edilib", - kanalın mənbələri iddia edir. Onların məlumatına görə, Fələstin qrupu ABŞ-a sülh prosesinin bir hissəsi olaraq Qəzza zolağına nəzarətdən imtina etməyə hazır olduğunu təsdiqləyib.
“Al Arabiya” mənbələrinin bildirdiyinə görə, vasitəçi ölkələr (Misir, Qətər və Türkiyə) ilə ABŞ arasında son təmaslar Qəzza tənzimləməsinin ikinci mərhələsinə doğru irəliləyiş nümayiş etdirərək, onun əsas parametrlərini dəyişməz saxlayıb. Belə ki, tərəflər Fələstin anklavında təhlükəsizliyi təmin edəcək beynəlxalq qüvvələrin yaradılmasını tezliklə elan etmək niyyətindədir və İsrail Zolaq əhalisi üçün humanitar yardımın həcmini artırmağı öhdəsinə götürüb.
Məryəm Quliyeva