Paşinyan gələn həftə Almaniyaya rəsmi səfər edəcək Dünya

Paşinyan gələn həftə Almaniyaya rəsmi səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan 9-10dekabr tarixlərində Almaniya Federativ Respublikasına rəsmi səfər edəcək.

Bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan “Armenpress”ə bildirib.

Berlinə səfərin gündəliyinin digər təfərrüatları hələ açıqlanmayıb.

Qeyd edək ki, Almaniya hökumət nümayəndəsinin müavini Sebastyan HilleAlmaniya Kansleri Fridrix Mertsin dekabrın 9-da Berlində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəyini bildirib.

Məlumata görə, görüş ikitərəfli iqtisadi əməkdaşlıq, regional məsələlər və Ermənistanla Azərbaycan arasındakı sülh prosesinə həsr olunacaq.