28 Oktyabr 17:49
28 Oktyabr 17:11
28 Oktyabr 14:15
28 Fevral 2025 14:01
3 521
Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün fermerin torpaqdan istifadə hüququnu təsdiq edən sənəd qismində 2027-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı “Subsidiya” informasiya sisteminə (SİS) daxil etməlidirlər.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda əksini tapıb.
Bundan əvvəl fermerin torpaqdan istifadə hüququnu təsdiq edən sənəd qismində 2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı “Subsidiya” informasiya sisteminə daxil etməsi tələbi qoyulmuşdu. Beləliklə, bununla bağlı müddət 2 il təxirə salınıb.
28 Oktyabr 16:36
882
28 Oktyabr 15:37
896
28 Oktyabr 14:04
910