28 Oktyabr 17:49
28 Oktyabr 17:11
28 Oktyabr 14:15
08:07
434
ABŞ Hərbi Hava Qüvvələrinin hərbi-nəqliyyat aviasiya təyyarələri son günlərdə Birləşmiş Ştatların kontinental hissəsindən İsraildəki Ovda aviabazasına yüklərin çatdırılması üçün bir sıra transatlantik uçuşlar həyata keçirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Britaniya aviasiya resursu olan Hərbi Hava İzləmə Alyansının (MATA) məlumatlarına istinadən məlumat verilir.
Azı üç reys "Patriot" zenit-raket kompleksləri və THAAD raketdən müdafiə sistemləri ilə təchiz olunmuş 69-cu Hava Hücumundan Müdafiə Artilleriya Briqadasının yerləşdiyi Texas ştatının Fort-Bliss bazasındakı Biqqs hərbi aerodromundan havalanan ağır hərbi-nəqliyyat təyyarələri "C-17 Globemaster III" tərəfindən icra olunub.
Bundan əlavə, ABŞ-dan Yaxın Şərqə Amerika hərbi-nəqliyyat təyyarələrinin Almaniyadakı Ramştayn aviabazasında aralıq eniş etməklə uçuşları qeydə alınıb.
Məryəm Quliyeva