İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
6 May 2025 16:34
8 729
“İnsan alveri bu günün ən acı reallıqlarından biridir. Dünyada hər il minlərlə insan bu cinayətin qurbanı olur. Bu insanlar aldadılaraq, qul əməyinə, fahişəliyə cəlb edilir, orqan ticarətinin qurbanına çevrilir və digər qeyri-insani istismara məruz qalırlar”.
Bunu Xalqcebhesi.az-a açıqlamasında "İnkişafa və islahatlara Dəstək" İctimai Birliyin sədri, İnsan Alverinə Qarşı QHT koalisiyasının üzvü Ramil Əliyev deyib.
R.Əliyev bildirib ki, insan alveri sadəcə bir cinayət deyil-bu, insan ləyaqətinin alçaldılması və hüquqlarının pzoulmasıdır: “Bu səbəbdən ona qarşı mübarizə aparmaq yalnız dövlət orqanlarının deyil, hər bir vətəndaşın borcudur. Nəzərinizə çatdırım ki, İnsan Alverinə Qarşı QHT koalisiyası bu istiqamətdə problemlərin həllinə ciddi töhfə verir. Marrifləndirmə tədbirləri və müxtəlif addımlar atılır”.
Xatırladaq ki, 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi “İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı isə “İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir.
25 Mart 16:20
1 036
25 Mart 16:19
1 197
25 Mart 14:05
1 393