

Gəncə şəhərində sahibsiz itlərlə bağlı narahatlıq doğuran vəziyyət davam edir. Profilaktik tədbirlərə baxmayaraq, bu heyvanların yaşayış məntəqələrində sərbəst və nəzarətsiz dolaşması sakinlərin həyatına real təhlükə yaradıb.
Son olaraq, Qarabağ qaziləri İctimai Birliyinin Gəncə şəhər Qarabağ qaziləri filialının sədr müavini, ehtiyatda olan polkovnik-leytenant, PatriotNews.az saytının baş redaktoru Ceyhun Əliyev sahibsiz itlərin hücumuna məruz qalıb. Hadisə Natəvan qəsəbəsində, Atabəylər prospektində — Şahzadə və Sərin şadlıq saraylarının yaxınlığında baş verib. Kütlə halında hücum edən itlərdən biri Ceyhun Əliyevə xəsarət yetirib.
Zərərçəkənə ilkin tibbi yardım Gəncə şəhər Akademik Zülfüqar Məmmədov adına xəstəxananın acil (təcili yardım) bölməsində göstərilib.
Cavid