Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq Dünya

Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq

2025-ci ildə Almaniya Ukraynaya 9 milyard avrodan çox vəsait ayıracaq.

APA xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukraynanın xarici işlər naziri Andrey Sibiqa il birgə brifinqdə bildirib.

"2025-ci ildə Almaniya Ukraynaya 9 milyard avrodan çox vəsait ayıracaq, bunun 2 milyard avrosu hava hücumundan müdafiə, raket və sursata xərclənəcək", - nazir qeyd edib.