

“İyulun 21-də Bakı şəhərinin Xətai rayonun ərazisində üçüncü tədbirimizi keçirdik. Bu dəfəki tədbirimizdə Xətai rayonunda fəaliyyət göstərən bələdiyyə rəhbərləri, bələdiyyə üzvüləri, bələdiyyələrdə fəaliyyət göstərən bələdiyyə qulluqçuları ilə yanaşı, Xətai rayonunda yaşayan vətəndaşlarla birgə görüş keçirdik. Layihəmizin sonuncu, üçüncü tədbiri idi” Bu açıqlamanı mətbuata Ədalət, Hüquq, Demokratiya, (ƏHD) Partiyasının sədr müavini, QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı bildirib.
Onun sözlərinə görə , layihənin maliyyə dəstəyini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin həyata keçirdib:”Xətai rayonun ərazisində faliyyət göstərən üçüncü görüş də çox yüksək səviyyədə təşkil olunmuşdu: Təbii ki, bütün bunlara görə və bizim təşkilata bu şəraiti yaratdığına görə, ilk olaraq
rayon icra hakimiyyətinin başçısı hörmətli Rafiq müəllim Quliyevə təşəkkürümü bildirirəm! Həmçinin də rəhbərlik etdiyim QHT layihəsinə maliyə dəstəyi verən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkürümü çatdırıram. Layihənin əsas istiqaməti bələdiyyə rəhbərliyinin, bələdiyyə qulluqçularının , bələdiyyə üzvlərinin və bələdiyyənin vergi yığanlarının vətəndaşlarla münasibətlərin çox yüksək səviyyədə olmasından bəhs etmək idi. Maarifləndirməni həyata keçirtmək idi. Layihə dövründə, yəni 3 ay ərzində rayonunda 3 görüş nəzərdə tutmuşduq, üçünü də keçirdik. Həmçinin də televiziya kanalında layihə barədə 4 verlişin çəkiıməsi həyata keçirtdik.“
Niyaməddin Orduxanlının bildirdiyinə görə, Xətai rayonu Bakı şəhərinin ən nümunəvi rayonlarından biridir:”Xətai rayonunun icra hakimiyyətinin gördüyü işlərin canlı şahidi oldum. Rayonda böyük ərazsində asvalt örtükləri yenilənmişdi. Həmçinin bələdiyyələrin üzərinə düşən vəzifələr və görülən işlərdən çox geniş formada danışıdıq. Xətai rayonunda bələdiyyələrin gördüyü işlərlə yerində tanış olduq. Digər tərəfdən, ölkəmizdə bələdiyyə səlahiyyətlərinin hansı səyyədə olduğu da geniş müzakirə olundu.”.
QHT sədri Niyaməddin Orduxanlının dediyinə görə, görüşdə Azərbaycanda 1999-cu ildən yaradılmış bələdiyyə institutundan da danışılıb: “Bələdiyyə çox önəmli bir institutdur. Azərbaycanda yerli özüniidarə etmənin 26 illik tarixi var. İlk olaraq 2700 bələdiyyyə fəaliyyət göstərirdi. Ancaq indi bu bələdiyyələr birləşərək 685 yendirilib. Xətai bələdiyyəsi də ilk yaranan bələdiyyələrdəndir. Dövlətimizin inkişaf üçün mütləqdir ki, bələdiyyə institunun səlahiyyət və imkanları genişləndirililsin. Bizim təşkilatın əsas fəaliyyəti də by istiqamətdədir. Bələdiyyələrin büdcələrinin formaşadırılması yığılan vergilərlə formalaşdırılır. Vətəndaşları bələdiyyə yığımına cəlb etməliyik. Maarifləndirmə işlərini daha da artırmalıyıq. Layihəyə uyğun olaraq Xətai rayonunda fəaliyyət göstərən bələdiyyələrlə keçirdiyimiz görüş və rayonda görülən işlər barədə internet televiziyasında məlumat yayılacaq. Həmçinin də ölkə mediasında və sosial şəbəkələrdə geçirilən görüş barədə geniş məlumatlar veriləcək" Layihənin sonunda keçirlən tədbirlərlə bağlı gələn ay QHT-lərə Dövlət Agentliyinə hesablar təqdim olunacaq.”