
Pezeşkianın Azərbaycan siyasəti: tarixi fürsət və təhdidlər
6 Avqust 23:33
6 Avqust 23:33
6 Avqust 23:23
6 Avqust 23:15
6 Avqust 23:06
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Bakının mərkəzi rayonlarında şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binalarının inventarizasiyası prosesi başa çatıb.
APA-nın xəbərinə görə, bu il iyulun 2-də Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirə zamanı paytaxtda şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binaları ilə bağlı xüsusi Komissiya yaradılması qərara alınıb. Bakının müxtəlif ərazilərində uzun illər əvvəl tikilən və müasir standartlara uyğun olmayan binaların hələ də mövcud olması nəzərə alınaraq Komissiyaya tapşırıq verilib ki, bununla bağlı məsələ tam araşdırılsın, xüsusi riskli zonalar müəyyən edilsin və bu problemin həlli yolları aidiyyəti qurumlarla birlikdə öyrənilsin.
Artıq Bakının mərkəzi rayonlarında şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binalarının inventarizasiyası prosesi yekunlaşıb.